Illustration showing nuclear, interracial, same-sex parenting, single-parent, intergenerational, interren, and chosen family types linked to a heart and tree symbolizing family love

Ailə anlayışı cəmiyyətdə bəzən yanlış başa düşülür. Kimsə deyir ailə sevgi üzərində qurulmuş kiçik bir strukturdur, kimsə deyir əsl ailə iki insanın bir-biri ilə razılaşıb bir yerdə yaşadığı və övlad dünyaya gətirib yetişdirdiyi yerdir, kimsə hesab edir ki, ailə iki eyni baxış və nəzəriyyəsi olan insanların birləşdiyi yerdir…

Bunların hamısı düz və səhvdir, çünki normal ailədə bunlar hamısı olmalıdır, amma olmayada bilər. Sevgi ailə yaratmaqla bitmir, əsl məharət toydan sonra o sevgini yaşatmaqdı.

Məncə, əslində ailə iki insanın daim bir-birini seçdiyi, bir-birinin yerinə başqasını qoya bilmədiyi, özünü fəda etmək məcburiyyətində olmadığı, digərinin əməyinə və baxış nöqtəsinə hörmət, diqqət və səbr nümayiş etdiyi bir yerdir.

İstər kişi, istər qadın, istərsədə uşaq (mövcud olduğu halda) həyatı boyu dəyişir. Bu dəyişim bir çox amillərdən qaynaqlanır: ilk vurğunluq hissinin yoxa çıxmasından, gündəlik qayğıların yükündən, sosial statusların dəyişməsindən,  hormonlardan  və s. Necə ki, dünya yerində durmadan dəyişib inkişaf edir, elədə heç bir insan və münasibət on ildən sonra ilk gündəki kimi qalmır.

Ailədə isə hər bir tərəfin bu dəyişimlə ayaqlaşıb inkişaf etməsi mütləqdir.
Qarşında olan insanın istəklərini, arzularını əxlaq və sağlamlıq normaları çərçivəsində təmin etmək və ya onun onları realizə etməsi üçün şərait yaratmaq mütləqdir.
Bütün bunlar mental baxışların, hətta bəzən həyat tərzinin dəyişməsini tələb edə bilər.

Ailə üzvləri dediyimiz bütün çətinliklərə rəğmən bir-biri ilə qalan və bir-birini seçib dəyər verən azad insanlardır.
Ailə hər şey etmək azadlığı olan insanların özlərini və bir-birini düşünərək o səhv addımı atmadığı yerdir.

Birinin ayağı büdrəyib, çətinliyə düşdüyü zaman hamının toplaşıb onu dəstəklədiyi və “quyudan” çıxartdığı yer ailədir.

“Çətinliklər insanı möhkəmləndirir” deyib kimisə səhrada tək buraxıb getmək insanlıqdan deyil, bu daha çox “Survivor”-dur, hətta bu oyunda belə əziyyətin qarşılığında mükafat verilir.

Birilərini 7/24 izləyib, kilidləyib, qorxu altında saxladığımız yer ailə deyil, qəfəsdir, qəfəsdən isə istənilən canlı qaçmaq istəyir.

Bəlkə də mən səhv düşünürəm, bəs sizcə əsl ailə necə olmalıdır? Yazın, mənim üçün maraqlıdır.


Leave a Reply

Discover more from Dəyərlər.AZ

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading