Gilas və albalı yalnız ləzzətli yay meyvələri deyil, həm də orqanizm üçün əsl vitamin bombasıdır. Lakin hər iki meyvə olduqca faydalı olsa da, həddindən artıq istehlak edildikdə və ya müəyyən xəstəliklər zamanı bəzi fəsadlar yarada bilər.
Əzələ ağrıları və ümumi gümrahlıq üçün gilas, yuxu problemləri, iltihab və detoks üçün isə albalı unudulmaz seçimdir.
Gilasın faydaları
Gilas təbii ağrıkəsicidir, onun tərkibindəki güclü antioksidantlar (antosiyaninlər) bədəndəki iltihabı azaldır, oynaq və əzələ ağrılarını (xüsusilə idmandan sonra) yüngülləşdirir. Eyni zamanda bu şirin və dadlı meyvə ürək-damar sisteminin dostudur: Kaliumla zəngindir; qan təzyiqini tənzimləməyə kömək edir və xolesterolu aşağı salır. Bu meyvə gözəl dəriyə və həzmə zəmanət verir, çünki hüceyrə qocalmasını ləngidir, lifli quruluşu sayəsində həzm sistemini və bağırsaqları aktivləşdirir.
Albalının faydaları
Albalı təbii melatonin (yuxu hormonu) mənbəyidir və yuxu rejimini tənzimləyir, yuxusuzluqdan əziyyət çəkənlər üçün ideal köməkçidir.
Qanda sidik turşusunun (uric acid) səviyyəsini kəskin şəkildə azaldır və podaqra tutmalarının qarşısını alır.
Eyni zamanda, albalı metabolizmi sürətləndirir. Piylərin yandırılmasına kömək edir, bədəndəki şişkinliyi (ödemi) götürür və immuniteti gücləndirir.
Gilasın zərərləri
Gilasın tərkibindəki yüksək lif və təbii şəkər spirti (sorbitol) çox yeyildikdə köp, qaz, sancı və ishala səbəb olur.
Şirin gilasın qlikemik indeksi albalıya nisbətən daha yüksəkdir. Şəkərli diabet xəstələri porsiyaya ciddi nəzarət etməlidir.
Gilas həmçinin allergiya riski var. Həssas insanlarda qaşıntı, səpgi və ya oral allergiya sindromu yarada bilər.
Albalının zərərləri
Albalı mədə qıcıqlanmasına səbəb ola bilər. Turşuluq dərəcəsi yüksək olduğu üçün yüksək turşuluqlu qastrit, xora və ya reflyuks (mədə qıcqırması) xəstəliyi olanlarda ağrıları kəskinləşdirir.
Onun tərkibindəki üzvi turşular diş minasını zəiflədir və həssaslıq yaradır ( yedikdən sonra ağzı yaxalamaq tövsiyə olunur).
Bilmək vacibdir ki, gilas və albalı çəyirdəyinin daxilindəki ləpədə bədəndə sianid (güclü zəhər) ifraz edən maddə var. Çəyirdəkləri bütöv udmaq adətən təhlükəsiz ötüşsə də, onları əzmək, çeynəmək və ya sındırıb daxilini yemək zəhərlənməyə səbəb ola bilər. Xüsusilə uşaqlardan muğayat olmaq lazımdır.

