Azerbaijani President sitting at a desk with Azerbaijani flags behind him

İllər öncə, jurnalistikada ilk addımlarımı atdığım zamanlarda, dövlət əhəmiyyətli tədbirlərdən birində, ilk dəfə ulu öndərimiz Heydər Əliyevi gördüm.

O vaxtadək, ailəmdə və iş yerimdə onun haqqında onu yaxından şəxsən tanıyanlardan çox maraqlı söhbətlər eşitmişdim. Bu televiziyada danışılanlar deyildi. İnsanlar həqiqətən onu sevirdilər, hətta deyərdim təsiri altında düşürdülər. O, bir çox insanın həyatına “toxunaraq” kökündən dəyişən bir insan idi.

Onu  20 yaşında ilk dəfə gördüyümdə başa düşdüm ki, bu təsadüfi deyil. O, həqiqətən sözün əsl mənasında “Böyük İnsan” idi və özünəməxsus maqnetizmi var idi.

Bu böyüklük onun tutduğu vəzifədən asılı deyildir.  İnsanın miqyası onun əməlləri, həyat tərzi, dəyərləri, özündən sonra qoyub getdiyi qeyri-material mirası ilə ölçülür.

Heydər Əliyev insanların sevgisini qazanmağı bacaran, ədalətli və dəyərlərinə sadiq insan olub və özündən sonra xalqına Müstəqil Azərbaycan kimi qiymətli və əvəzolunmaz bir miras goyub gedib.

Mənim yaşımda olanların bir çoxunun xatirində “Heydər baba” kimi qalıb və bu gündə onu televizor ekranlarında izləyəndə izah olunmaz doğmalıq hissi yaşayırıq.

Allah rəhmət eləsin…


Leave a Reply

Discover more from Dəyərlər.AZ

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading