Breakfast table with croissants, coffee, juice, and fruit on balcony overlooking sea and cliffs at sunrise

“Günün sualı” rubrikamızın növbəti sualı belədir: “Gündəlik həyatınızda sizə xoşbəxtlik bəxş edən 5 amili qeyd edin”.

Sakit və gözəl səhər. Zəngli saat olmadan, tələsmədən oyanmaq, quşların oxuması, günəş şualarının mülayim toxunuşu, gözəl günəş doğuşu və musiqi sədaları altında dadlı, sağlam səhər yeməyi. Əhval-ruhiyyədən asılı olaraq bu, Soft April Jazz, Hauser, Andrea Bocelli, Bossa Nova Covers və ya Morning Relaxing Music ola bilər.

Uzaq məsafəli gəzintilər. Belə yürüşlər insana dincəlmək və narahat edən məsələlər barədə dərindən düşünmək imkanı verir.

Ətirlər. Çiçəklərin (xüsusilə hanıməli və çay qızılgülünün), təmiz dənizin və ümumiyyətlə, təmizliyin və ətirli şamların  qoxusu.

Sakit axşamlar. Yumşaq şərf, ətirli çay, ləziz şirniyyatlar və axşam üçün seçilmiş yaxşı bir film.

Hüzur atmosferi. Hamının evdə olduğu, hər kəsin öz işi ilə məşğul olduğu o anlar. Və divanda yanınızda qıvrılıb yatan tox və məmnun pişiyin siması.

Bəs gündəlik həyatda sizi nə xoşbəxt edir? Şərhlərdə bölüşün.


Leave a Reply

Discover more from Dəyərlər.AZ

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading