Günün sualı rubrikası: “Həyatınızda etdiyiniz bir müsbət dəyişikliyi təsvir edin”.
Klassik musiqi konsertlərinə getməyə başladım.
Mən həmişə instrumental musiqini, xüsusilə də fleyta, ud, skripka, qanun və pianonun gözəl ifasını çox sevmişəm. Lakin zaman keçdikcə ailə qayğıları, uşaqlar, məktəb, kurslar və iş, həyatımdan uşaq şənlikləri, “Happy Land”-lər, kinoteatrdakı uşaq filmləri və teatrlardakı bayram tamaşalarından başqa demək olar ki, bütün əyləncələri sıxışdırıb çıxardı.
Əslində bundan şikayətçi də deyildim, çünki uşaqlarımla vaxt keçirməkdən zövq alırdım və hər həftəsonu, hər bayram tətili üçün hara gedəcəyimizi seçərək ciddi hazırlıq görürdüm. Xoşbəxtlikdən, bizim uşaqların bəxti bizdən daha çox gətirdi; onlar böyüdükcə maraqlı və əyləncəli vaxt keçirmək imkanları da genişləndi.Bizim dövrümüzdə bu əyləncələrin çoxu olmadığı üçün mən sanki uşaqlarımla birlikdə ikinci uşaqlığımı yaşadım və ədəb-ərkan çərçivəsində bacardığım qədər “şənlənirdim”. İş o yerə çatmışdı ki, məktəb direktoru mənə xəbərdarlıq etdi ki, uşaqlarla dostluq etmək, tərbiyəvi nöqteyi nəzərdən məqsədəuyğun deyil, uşaqlar öz yerini bilsin deyə bunu qətiyyən ali valideyn pozisiyasını əldən vermək olmazmış. Amma artıq “olan olmuşdur” hadisə baş vermişdi – biz dostlaşmışdıq, birlikdə istirahət edib şənlənirdik və bu, bu gün də davam edir.
Bizim dövrümüzdə bu əyləncələrin çoxu olmadığı üçün mən sanki uşaqlarımla birlikdə ikinci uşaqlığımı yaşadım və ədəb-ərkan çərçivəsində bacardığım qədər “şənlənirdim”. İş o yerə çatmışdı ki, məktəb direktoru mənə xəbərdarlıq etdi ki, uşaqlarla dostluq etmək, tərbiyəvi nöqteyi nəzərdən məqsədəuyğun deyil, uşaqlar öz yerini bilsin deyə bunu qətiyyən ali valideyn pozisiyasını əldən vermək olmazmış. Amma artıq “olan olmuşdur” hadisə baş vermişdi – biz dostlaşmışdıq, birlikdə istirahət edib şənlənirdik və bu, bu gün də davam edir.Lakin vaxt keçdikcə uşaqlar böyüyür və xüsusən də oğlanlar vaxtlarını daha çox dostları ilə keçirirlər.Klassik və instrumental musiqini isə hamı sevmir, buna görə də konsertlərə və teatrlara getmək üçün yoldaş tapmaq çətin idi.
Lakin vaxt keçdikcə uşaqlar böyüyür və xüsusən də oğlanlar vaxtlarını daha çox dostları ilə keçirirlər.Klassik və instrumental musiqini isə hamı sevmir, buna görə də konsertlərə və teatrlara getmək üçün yoldaş tapmaq çətin idi.
Klassik və instrumental musiqini isə hamı sevmir, buna görə də konsertlərə və teatrlara getmək üçün yoldaş tapmaq çətin idi.
Bu yaxınlarda sosial şəbəkələrin birində Filarmoniyada keçiriləcək konsertə dəvət elanı ilə rastlaşdım. Beləliklə, ilk dəfə təkbaşına konsertə getdim və bu, çox xoşuma gəldi. Artıq tamaşalara və konsertlərə getməyi vərdiş halına salmışam. Bəzən mənə oğlum və ya rəfiqəm yoldaşlıq edir.
Haradasa oxumuşdum ki, klassik və instrumental musiqi ürək ritmi ilə uzlaşan harmonik temp sayəsində stresi azaldır l, konsentrasiyanı, yaddaşı və yuxu keyfiyyətini yaxşılaşdırır. Klassik musiqi dinləmək beyin fəaliyyətini stimullaşdırır və yaradıcı tapşırıqlarda kömək edir.
Lakin əgər heç vaxt bir alətdə ifa etməmisinizsə və klassik musiqi dinləməmisinizsə, onu dinləməyi öyrənmək lazım gələcək. Kiçik addımlarla başlamaq və tədricən daha mürəkkəb əsərlərə keçmək tövsiyə olunur.
Yeni başlayanlar üçün aşağıdakı pleylistdən başlamaq məsləhətdir:
- E. Sati, “Gnossienne No. 1”
- V. A. Mosart, “Simfoniya № 40, 1-ci hissə”
- İ. S. Bax, “Prelyudiya do-major”
- K. Sen-Sans, “Akvarium”
- İ. Pahelbel, “Canon in D”
- P. İ. Çaykovski, “Yanvar”
- A. Vivaldi, “Yay” (3 hissə)
Daha mürəkkəb kompozisiyalar:
- İ. Brams, “Simfoniya № 3, 3-cü hissə”
- F. Şubert, “Fantaziya fa-minor”
- D. Şostakoviç, “Simli kvartet, 1-ci hissə”
- A. Dvorjak, “Simfoniya № 9 (Yeni dünyadan), 2-ci hissə”
- R. Vaqner, “Loenqrin” operası, giriş
- S. Şaminad, “Konsertino”
- B. Bartok, “Altı rumın rəksi”
Sakit musiqi kortizol səviyyəsini və qan təzyiqini aşağı salır. Sözsüz kompozisiyalar (klassika, embient) mətnə yayınmadan işə və ya dərslərə diqqət yetirməyə kömək edir. Yuxudan əvvəl mütəmadi olaraq sakit klassik musiqi dinləmək yuxusuzluğa da faydalıdır. Məsələn, Vivaldi kimi bəstəkarların musiqisini dinləmək divergent düşüncəni aktivləşdirir.
Bəs siz həyatınızda hansı müsbət dəyişiklik etmisiniz? Şərhlərdə yazın, bizdə faydalanaq.

