Bu günün beynəlxalq səviyyədə qeyd edilə biləcəyini düşünmürəm çünki, ölkədən və insandan asılı olaraq bu tarix dəyişəcək.

Günün sualı rubrukasının növbəti sualı “Zənninizcə hansı gün bayram kimi qeyd edilməlidir?”

Hesab edirəm ki, hər kəsin həyatında “Şəxsi azadlıq günü” kimi qeyd ediləcək bir gün olmalıdır.

Bu günün əsası isə insanın ailədə və cəmiyyətdə öhdəsinə götürdüyü məsuliyyətin tam yerinə yetirdiyi gün ilə bağlı olmalıdır.

Əlbəttə ki, bizim ahıl valideynlərimizin və övladlarımızın üzərində məsuliyyətimiz həyatımız boyunca davam edir, lakin onların həyatlarını düzənə saldığımız gün, cəmiyyətə qata bildiyimiz faydanı qatdıqdan sonra işgüzar fəaliyyətimizdə bacardığımız qədər gördüyümüz işi bitirdiyimiz gün, heç kimdən asılı olmayaraq qayğısız (və ya minimal qayğılarla) qalan həyatımızı güvənə aldığımız gün hər birimizin şəxsi azadlıq günü kimi qeyd edilə bilər.

Bunun insanın ailəli və ya ailəsiz olması ilə, valideynlərinin və övladlarının olub-olmaması ilə bağlılığı yoxdur. Sadəcə gündəlik və gələcək maliyyə qayğılarından və yaxınlarının qarşısında öhdəliklərindən azad olduğu bir gündür.

İşləmək, kiminsə problemlərini həll etmək, məcburiyyət qarşısında qalaraq nə isə etməli olmadığı gün.

Bu günün beynəlxalq səviyyədə qeyd edilə biləcəyini düşünmürəm çünki, ölkədən və insandan asılı olaraq bu tarix dəyişəcək.

Bu gündən sonra artıq insan özünü sevdiyi işlərə, tələsmədən hər günü aramnan yaşamağa, səyahətə, yeni xobbi axtarışlarına, özünə qulluğa həsr etməlidir.

“Şəxsi azadlıq günü” bu günü ilk yaşadığımız gündən sonrakı hər il eyni gündə, tək və ya özümüz kimi azad olan insanlarla birgə təntənəli şəkildə qeyd etmək tövsiyyə olunur, çünki digər insanlar bu hissi və eyforiyanı anlamaya bilərlər.

Onuda deyim ki, azadlıq sadəcə insanın istədiyini etmək qabiliyyəti deyil, nəticələrini qəbul edərək ali dəyərlərə uyğun hərəkət etmək üçün şüurlu bir seçimdir.

Fəlsəfədə “şəxsi azadlıq günü” termini əksər hallarda təqvim tarixinə deyil, insanın öz mülahizəsinə əsasən idarə etmək hüququna malik olduğu fərdi vaxta aiddir.

F. Nitsşe “İnsani həddindən artıq insanidir” (“Человеческое, слишком человеческое”) elmi işində köləliyin ölçüsünü qeyd edib. Filosof iddia edirdi ki, əgər insan günün üçdə ikisini özünə həsr edə bilmirsə, peşəsindən asılı olmayaraq kölədir.


Leave a Reply

Translate »

Discover more from Dəyərlər.AZ

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading