Yer üzündü bir insanın orta ömrü təxminən 73 ildir. Ömrümün yarısından çoxunu yaşamış bir insan kimi, çox düşünmədən, yaşadıqlarıma və oxuduqlarıma əsaslanaraq, aşağıdakı “əminliklər” siyahısını qeyd etdim.
- Heç vaxt heç nəyə əmin ola bilməzsən. Bu, xüsusilə canlı orqanizmlərə aiddir, əsasəndə insanların gözlənilməyən davranışları üçün doğrudur, çünki onlar bir çox amillər və emosiyalar tərəfindən idarə olunurlar.
- Şimal qütbündə yaşamırsınızsa, hər qaranlıq gecədən sonra bir gün gəlir. Şimal qütbündə gecə və gündüz digər kontinentlərdən fərqli olaraq yerlərini bir qədər fərqli dəyişir. Yarım il qütb günü olur, günəş batmır, sonra isə yarımillik qütb gecəsi olur, günəş çıxmır.
- Yer ətrafında su dövranı ümumilikdə planetimizin və xüsusən də insanların həyatı üçün mütləqdir.
- Yalnız riyaziyyatda 1+1=2 edir, heyvanlar aləmində cavab 2-dən sonsuzluğa qədər ola bilər.
- İnsanlar yaxşılara və pislərə bölünür. Yaşla yaxşıların yaxşılaşdığı, pislərin isə daha da pisləşdiyi elmi şəkildə sübuta yetirilib.
- İnsan, bakteriya və heyvanlar kimi təbiətin bir hissəsidir.
- Hər şey nisbidir. İnsanlar, imkanlar, sağlamlıq, gözəllik, xasiyyət, ölçü bir insanın, cəmiyyətin və ya dövlətin həyatında artıq olmuş və ya mövcud olan biri ilə nisbətdə ən yaxşı ola bilər. Buna görə də, məmnunluq meyarları çox fərqli ola bilər.
- Həyat hərəkətdir. Hərəkət enerji yaradır, bu da öz növbəsində irəliləməyə kömək edir. Buna görə də, nə olursa olsun nə vaxtsa hərəkət etmədən dayanan hər şey sonda bu və ya digər şəkildə məhvə uğrayır.
- Biz kamil deyilik, forma və məzmunca ideal olan bir insan meydana çıxsa da, nə vaxtsa darıxdırıcı olur ki, bu da ideallıq anlayışını pozur.
- İnsan evsiz, işsiz, pulsuz və başqa insanlarsız yaşaya bilər, lakin bir müddət yeməksiz qaldıqda ölür.
Nəticə olaraq demək olar ki, özünüzdən başqa heç kimdən əmin olmayın, kiminsə xoşuna gəlmək üçün nəsə etməyin, özünüz olun, hərəkətdə olun, pis-yaxşı nəsə yaradın, hərəkətsiz qalıb acından ölməkdənsə, ideala nisbətən daha pis olsanızda yaşamağa davam etmək daha yaxşıdır, çünki, hər qaranlıq gecədən sonra növbəti bir gün gələcək, Şimal gütbündə bu biraz gecdə baş verə bilər.

