Parents and two children sleeping together in bed with a cat nearby

Bu gün səhər başınızı yastıqdan qaldıranda özünüzü necə hiss etdiniz? Əgər cavabınız “günə artıq yorğun və boyun ağrısı ilə başladım”dırsa, deməli, yuxu vərdişlərinizə yenidən baxmağın vaxtı çatıb. Çünki keyfiyyətli həyatın, sağlamlığın və gözəl əhval-ruhiyyənin gizli resepti elə düzgün seçilmiş yorğan-döşəkdən keçir.

Çox vaxt rahatlığın zirvəsi kimi düşündüyümüz “qu quşu tükü” balışlar haqqında bir həqiqəti etiraf edək: Bu quşlar Qırmızı Kitaba düşdüyü üçün kütləvi istehsal imkansızdır. Bizi illərlə “qu quşu tükü” adı altında adi toyuq tükü ilə təmin edən stereotipləri sındırmağın vaxtı gəldi.

Yaxşı, bəs həqiqi rahatlıq və “buludların içindəyikmiş kimi” yuxu hissi haradadır?

Ekoloji təmizlik və ipəyin möcüzəsi

Ötən günlərdə qatıldığımız festivallardan birində “Ukrainoçka” brendinin yaradıcısı Lyudmila İvaşenko ilə həyata keçirdiyimiz səmimi söhbət yuxu anlayışımıza tamamilə yeni nəfəs gətirdi. Brendin təqdim etdiyi ekoloji təmiz, antibakterial ipək yastıqlar və antiallergen süni qu quşu tükü balışları sadəcə rahatlıq yox, həm də birbaşa sağlamlıq və gözəllik təqdim edir:

  • Üz dərisi və saç sağlamlığı: Təbii ipəklə doldurulmuş və ipək üzlüklü balışlar səhərlər saçların elektriklenməsinin, dəridə qırış və qıcıqlanmaların qarşısını alır.
  • Mükəmməl ortopedik dəstək: Başınızı yastığa qoyan kimi günün bütün gərginliyi yox olur. Ən əsası – yastıq formasını itirmir, əzilmir və boyun nahiyəsini ideal vəziyyətdə saxlayır.
  • Milli ənənə, müasir estetik: Brendin təbii yundan hazırladığı yorğan-döşəklər isə ənənəvi Azərbaycan yorğan-döşək mədəniyyətinin modern, daha zərif, yüngül və az yer tutan formasını təqdim edir.

Qayğısına qaldığınız sevdiklərinizə verə biləcəyiniz ən gözəl hədiyyə — sağlam və rahat yuxudur. Ailənizin hər bir üzvü üçün bu rahatlığı təmin etmək, hər səhərə yenilənmiş və xoşbəxt başlamaq artıq lüks deyil, əlçatan bir seçimdir.

Özünüzə və ailənizə “buludlar üzərində yuxu” bəxş edin – “Ukrainoçka“-dan yeni yorğan-döşək alın, çünki sizin sağlamlığınız hər şeydən dəyərlidir.


Leave a Reply

Discover more from Dəyərlər.AZ

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading