Movie posters for Maykl starring Michael Fassbender and The Devil Wears Prada II starring Meryl Streep and Anne Hathaway.

May ayının əvvəli dünya miqyasında iki gözlənilən filmin demək olar bir gündə premyerası baş tutdu. Filmlərdən biri Maykl Ceksonun  xatirəsinə həsr olunmuş “Maykl” filmi, digəri isə
“Şeytan Prada geyinir II” filmidir.

Bu filmlərin süjetə görə tamamilə fərqli janrlara aid olduğunu qeyd etməyə yəgin ki, ehtiyac yoxdur.
“Maykl” filmi Freddi Merkuri bə Selin Dionun xatirəsinə həsr edilmiş filmlərdən fərqli olaraq baş qəhrəman rolunun ifaçısının Maykl Cekson ilə oxşarlığı və obrazını çox gözəl yaratdığını demək olar.  Film yetərincə dinamikdir və başqa cür olada bilməzdi, çünki Maykl Cekson səhnəyə bir ildırım kimi daxil olurdu ətrafı səsi və rəqsi ilə canlandırırdı, insanları xarizması və enerjisi ilə cuuşa gətirirdi. Belə çətin obrazı yaratmaq o qədərdə asan bir iş deyil, lakin Maykl Ceksonun qardaşı oğlu Cəfər Cekson bu işi ustalıqla gördü və burada qan bağları əlbəttə ki, son rol oynamayıb. Filmin sonu elə bil ki, bitməmiş hekayə və davamı gələcək kimi göründü,  lakin verilən mesajlar Mayklın həyatında yeni müstəqil bir səhifənin açılmasına və artıq xeyriyyəçilik meyillərinə işarə etdi. İzləyicilərin yaddaşında Maykl uğurunun pikində, güclü və həyat dolu qaldı.
“Şeytan Prada geyinir II” filminində geniş izləyici aiditoriyası var. Əsasən bu birinci filmi seyr etmiş izləyicilərdir və əlbəttə ki, baş rolları ustalıqla ifa edən Meril Strip və Enn Heteueyin pərəstişkarlarıdır.
Film rəngarəng səhnələri, fashion dünyasının təntənəsi və pərdəarxasından görüntüləri ilə valeh edir. Lakin əvvəli daha dinamik ola bilərdi. Əsas isə, dünyada texnologiyaların və sosial şəbəkələrin inkişafı fonunda, reklam işinin və jurnalistikanın yaşadığı böhran aydın şəkildə göstərilir və “zər gədrini zərgər bilər” mesajı verilir. Filmdə sosial ədalət mövzusunada toxunulur.

Hər iki filmə baxmağa dəyər, Maykl filminin bəzi seansları isə ulduzun fanları sayəsində çox fərqli və əyləncəli olur.


Leave a Reply

Discover more from Dəyərlər.AZ

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading