İkisindən birini düşünmədən müəyyən etdim…
“Ən çox sevdiyiniz iki geyim növü hansılardır?” – bu “Günün sualı rubrikasının” növbəti sualıdır.
İkisindən birini düşünmədən müəyyən etdim – bu şalvardır. Mən qarderobumu salvarsız təsəvvür edə bilmirəm. Məncə hər bir qadının gündəlik geyinə biləcəyi rahat, hərəkəti məhdudlaşdırmayan, asanlıqla kombin edilən, əzilməyən və “nəfəs alan” parçadan tikilmiş klassik tərzdə şalvarı olmalıdır.
Əlbəttə ki, bu uzun “klyoş” biçimli ətəkdə ola bilər, lakin bizim şəhərin küləyini nəzərə alsaq, yenədə şalvara üstünlük verirəm. Evdə geyinmək üçün isə elastik, lakin təbii materialdan hazırlanmış leqinslər və uzun maykalar, rahatlıq nöqteyi nəzərindən məncə əvəzolunmazdılar.
İkincisi haqda biraz düşünməli oldum, amma sonra yay aylarında gen biçimli don geyinməyi sevdiyimi xatırladım. Təbii parçalardan tikilmiş uzun ətəkli, gen “sarafan”lar həm rahatdılar, həmdə məncə çox gözəl görünürlər. Onları zövqlü tərzdə kombin etməklə istənilən yerə geyinmək olar.
Misal üçün, klasik pencək və ayaqqabı ilə isgüzar görüşə də getmək olar, aksesuarlarla bəzənib, klassik çanta və dikdabanla geyinib axşam giyafəti kimi də, sadə, yüngül yay sandalyaları və uyğun iri ölçülü çanta ilə gündəlik geyim kimi də geyinmək olar.
Əsas məsələ sarafanın hansı növ parçadan tikilməsidir, bir tonda olan bahalı parçadan tikilmiş sarafanlar axşam giyafəti kimi, güllü, rəngli, yüngül parçalardan tikilən sarafanlar isə gündəlik geyim kimi məncə daha uyğundur. Amma onlar istənilən halda vəziyyətə görə kombin edildikdə çox gözəl görünürlər.
Əlbəttə ki, unutmamalıyıq ki, geyim insanı deyil, insan geyimi gözəlləşdirir. Buna görədə, hər kəs öz daxili aləminə, boyuna, bədən quruluşuna, saç və dəri rənginə görə geyim seçimi etsə çöx gözəl və özünəməxsus xarici görünüş yarada bilər.






































