Film crew recording two actors sitting on a sofa in a living room with camera, boom mic, and lighting

Dünyanın müxtəlif ölkələrində tamaşaçıların diqqətini cəlb edən psixoloji horror filmi “Obsessiya” Azərbaycanda yalnız bir kinoteatrlar şəbəkəsində nümayiş olunur.

Cəmi 750 min ABŞ dolları büdcə ilə ərsəyə gələn film qısa müddətdə dünya miqyasında əsl fenomenə çevrilib. Bu günədək onun qlobal kassa gəlirləri 370 milyon ABŞ dollarını ötüb.

“Obsessiya” gərgin atmosferi və gözlənilməz süjet xətti ilə tamaşaçıları son ana qədər ekrana bağlayır. Hadisələrin gedişi getdikcə həyəcanı artırır, final isə müxtəlif yozumlara imkan yaradaraq janr həvəskarları arasında geniş müzakirələrə səbəb olur. Məhz psixoloji gərginlik, intriqa və gözlənilməz sonluğun uğurlu vəhdəti filmi son ayların ən çox müzakirə olunan ekran işlərindən birinə çevirib.

Filmin uğuru bir daha göstərir ki, böyük kino nailiyyəti yalnız yüksək büdcədən deyil, tamaşaçını ilk dəqiqələrdən son kadra qədər maraq içində saxlayan güclü hekayədən asılıdır.

Azərbaycanda “Obsessiya” filmini yalnız CineMastercard kinoteatrlar şəbəkəsində izləmək mümkündür.


Leave a Reply

Discover more from Dəyərlər.AZ

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading