Bugünün sualı “How are you creative?” oldu, yəni “Siz nə dərəcədə kreativsiniz?”. Adətən qeyri-standart düşüncə nümayiş etdirən, ünsiyyətə maraq göstərən və həmsöhbətlərin düşüncə prosesini stimullaşdıran şəxs yaradıcı – kreativ sayılır.
Məncə kreativlik insanın individuallığının bir hissəsidir. Bütün insanların özünəməxsus tərzi var, bu geyimdə, davranışda, təbiətimizdə özünü büruzə verir, sadəcə kimdəsə bu daha yaxşı alınır və kütlə tərəfindən rəğbətlə qarşılanır.
Bir çox insan eyni mənzərənin şəklini və ya rəsmini çəkə bilər, lakin biri onu tam fərqli baxış nöqtəsindən çəkdiyi üçün onun çəkdiyi mənzərə şedevr olar.
Bəzi insanlar isə mövcud olan kreativliklərini geniş auditoriyaya nümayiş etməyə utanırlar, sevmirlər və ya özlərini, bacarıqlarını düzgün təqdim etməyi bacarmırlar.
“Google” deyir ki, kreativ insanlar bir neçə tələbə cavab verməlidir. Belə ki, əgər siz kreativsinizsə:
- Beyniniz assosiasiyalar axtarmağa meyllidir, yəni güclü fantaziyanız var
- Siz orijinallığa can atırsınız
- Siz yüksək motivasiyalısınız
- Siz iddialısınız
- Siz çevik insansınız
- Siz emosional olaraq qeyri-sabitsiniz
Məndə bu altı xüsusiyyətdən beşi olduğu üçün, düşünürəm ki, kreativəm. Mənimlə razısınız? Bəs siz necə düşünürsünüz, kreativsiniz?
Fikirlərinizi şərhlərdə yazın, sizin fikriniz mənim üçün önəmlidir.
Aynur Vəliyeva






































