Günlərdən bir gün evdə tək sakitlikdə oturub həyatımı təhlil etdikdən sonra, illər boyu …
Günun sualı rubrukasının növbəti sualı: “Hazırda ən çox sevdiyiniz insanlar kimlərdir?”
Özümü tanıyandan bəri daim valideynlərimi, xüsusilədə anamı, qardaşımı, həyat yoldaşımı, övladlarımı sevdiyim üçün artıq bu gün özümü sevməyə qərar vermişəm.
Günlərin bir günü evdə tək sakitliklə oturub həyatımı təhlil etdikdən sonra, illər boyu yaxınlarıma yarınmaq, faydalı olmaq düşüncəsiylə yaşadığımı, onları sevindirmək, sürprizlər etmək, mümkün qədər həyatlarını rahatlaşdırmaq ilə məşğul olduğumu anladım.
Əlbəttə ki, onlarında mənim həyatıma qatqıları və faydası olub, bir çox şeyləri mənə öyrədiblər. Son öyrətdikləri isə özümü sevməyin vaxtının gəldiyi olub.
O gündən bəri ən çox özümü sevib bəsləyirəm. Sonraya saxladığım hər bir arzunu yerinə yetirməyə çalışıram. Addım-addım bu istiqamətdə irəlilədikcə özümü çox xoşbəxt hiss edirəm.
Sağlıq olsun, sonda nə olacağını sizinlə paylaşacağam, ya da xəbərlərdən oxuyarsınız.

