Sosial şəbəkələrin birində “Siz kasıbçılıqdan necə çıxdınız?” sualı ilə sorğu keçirilib.Sorğuda müxtəlif yaşlı insanlar iştirak edib, onların arasında artıq varlanmış insanlar və sadəcə kasıbçılığa vida edib bütün tələbatlarını ödəyə bilənlər olub.

Onların həyat hekayələrini nəzərə alaraq kasıbçılıqdan çıxmağın formulunu yaratmağa cəhd etdim.

Zəhmətkeş və vicdanlı olun

Daim yeni bacarıqlara yiyələnməyə çalışın ki, işsiz galmayasınız. Zəhmətkeş və vicdanlı olmağınız sizə istənilən işin öhdəsindən gəlməyə və işgüzar aləmdə müsbət imic qazanmağa imkan verəcək. Nəticə olaraq insanlar məhz sizinlə işləməyə üstünlük verəcəklər, çünki artıq biləcəklər ki, siz işinizi yüksək səviyyədə, vaxtında və münasib qiymətə yerinə yetirəcəksiniz.

Şansı düzgün dəyərləndirmək

Öncəki qəhrəmanımız komanda üzvlərinin bütün işi ona yüklədiklərinə görə qıcıq olub işi yarıda qoyub gedə bilərdi. Belə halda onun zəhməti yerdə qalacaqdı və daimi işə dəvət almaq şansını itirəcəkdi. O, qəbul olunduğu işdə inkişaf etməyə bilərdi, yeni açılan imkanlardan yararlanmazdı, belə olduqda yüksək kvalifikasiyalı işçi olmayacaqdı. Buna görə də ilk çətinlikdə hər şeyi atıb kiminsə oyunun sıravisinə çevrilməyin, dayanıqlı və məqsədyönlü olun, bütün fürsətləri maksimal şəkildə dəyərləndirin.

Uzaqgörənlik

Bəzən insanlar bir iş yerində illərlə işləyirlər və karyeralarının yeni mərhələyə çıxması astanasında kiçik maaş fərqinə və ya yeni iş yerində gözlənilən bonuslara aldanaraq bu imkanı əldən buraxırlar. Misal üçün, reytinqli universitetin çoxuşaqlı müəllimlərindən biri uzun müddət işlədikdən sonra yeni iş təklifi alır. Ona nisbətən daha yüksək əməkhaqqı təklif edilir sadəcə başqa bir şəhərdə və o razılaşır. Nəticədə o altı ay sonra gözlənilən maaş artımından faydalanmaq imkanını və artıq məktəbi bitirməyə hazırlaşan uşaqlarının həmin reytinqli ali məktəbdə pulsuz oxutdurmaq şansını itirir.

Qənaətli olun, israfa yol verməyin

Bəzən kasıb insanlar nisbətən daha yüksək gəlir əldə etdikdə dərhal daha böyük evə köçürlər, daha bahalı avtomobilə, geyimə və əyləncələrə can atırlar və nəticə olaraq “təhlükəsizlik yastığı” kimi hamımıza lazım olan toxunulmaz ehtiyyat vəsaiti yarada bilmirlər. Beləliklə, onlar varlanmırlar, onlar başqalarını varlandırırlar, işlərini itirdikdə isə yenidən özlərini eyni çuxurda tapırlar.

Özünüzü mükafatlandırın

Qənaətli olmaq, daim kiçik arzularınızdan imtina etmək demək deyil. İmkanınız varsa çoxdandır arzuladığınız o ziyafət donunu və ya dikdaban ayaqqabını almaqdan, artıq çətinlikdə hərəkət edən köhnəlmiş avtomobilinizi yenisi ilə əvəz etməkdən çəkinməyin bu sizin zəhmətlərinizin mükafatı olacaq və gələcək nailiyyətlərə stimul rolunu oynayacaq.

Məqsədləri olanlara dəstək olun

Ömrünüzün sonuna qədər pul üçün narahat olmamaq bir nemətdir, amma bəzi insanlar həyatının bu nöqtəsinə çatdıqda, məqsədlərini itirirlər. . . Belə halda nə etməliyik? Həyatımıza rəng qatmaq üçün ehtiyacları və məqsədləri olanlara kömək edə bilərik. İtirməkdən qorxmadığınız sərbəst vəsaitlərinizi ağlabatan layihələrə yönəltməklə siz eyni zamanda yeni məqsəd və gəlir mənbəyi əldə edirsiniz, üstəlik kiminsə kasıbçılıqdan çıxmağına və arzularını reallaşdırmağına dəstək olmaqla xeyriyyəçi imicini qazanırsınız.

Aynur Vəliyeva


Leave a Reply

Discover more from Dəyərlər.AZ

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading