Yarımçıq qalan kitablar: Niyə onları unuda bilmirik?

Open book on leather armchair beside floor-to-ceiling bookshelves

Günün sualı rubrikasının növbəti sualı kitablarla bağlıdır: “Oxuyub bitirəmədiyiniz, amma hələ də haqqında düşündüyünüz kitab hansıdır?”

Kitabların böyük əksəriyyətini 12-28 yaş aralığında oxumuşam.

Məhz bu illər ərzində bir neçə dəfə Lev Tolstoyun “Hərb və sülh”, Fyodor Dostoyevskinin “Cinayət və cəza”, Teodor Drayzerin “Stoik” əsərlərini oxumağa cəhd göstərdim, lakin həmin yaşda (12-18 yaşlarında) bu kitablar o qədər dərin və mürəkkəb idi ki, sadəcə öhdəsindən gələ bilmədim. Xoşbəxtlikdən, müasir kinematoqrafiya bütün dövrlərin ən yaxşı ədəbiyyat nümunələrinin siyahısına daxil olmuş klassik əsərləri diqqətdən kənarda qoymadı və mən klassiklərin demək olar ki, bütün ekranlaşdırmalarına baxdım.

Sonralar da kitablar oxuyurdum, lakin bunlar əsasən nağıllar və uşaqlarımın məktəb dərslikləri idi. Vaxt tapıb özüm üçün oxuya bildiyim, əsasən müasir yazıçılara aid olan kitablar və işgüzar ədəbiyyat olub.

Bu yaxınlarda oxumağa başlayıb, sonra ekranlaşdırılmasına baxdığım, Corc Oruellin “1984” antiutopiya əsəridir. Bu günədək oxuduğum kitablar arasında normal olanın absurd dərəcədə anormal təqdim edildiyi ikinci əsərdir. Kitabı oxumağa başlayanda tam da filmdəki kimi təsəvvür edirdim. Bu arada məni sarsıdan birinci antiutopiya Marqaret Etvudun “Qulluqçunun hekayəsi” kitabının əsasında çəkilmiş eyni adlı serial olub.

İndi isə bir kitabı oxumağa başlayanda hadisələrin gedişatı artıq aydın olur və nə ilə yekunlaşacağını təxminən anlayıram və kitab mənə maraqsız gəlir. Yəgin ki, buna səbəb həyat təcrübəsidir.

Bununla belə, vaxt və həvəs olsaydı, oxumağa dəyəcək nəhəng sayda kitab var.

Bəs siz hansı kitabları yarıda qoymusuz? Yazın bəlkə məndə onlardan birini oxudum.


Leave a Reply

Discover more from Dəyərlər.AZ

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading